Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin energetika naziri vəzifəsini icra edən Vladimir Malinov ilə görüşdə Azərbaycanın əlavə həcmdə enerji resurslarının Bolqarıstana çatdırılması imkanlarını müzakirə edib.
Gundem.az axar.az-a istinadən xəbər verir ki, bu barədə diplomat X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Səfir bildirib ki, görüşdə Azərbaycandan təbii qazın Bolqarıstan ərazisindən nəqli və tranziti məsələləri diqqət mərkəzində olub:
"SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında iştirakı, yaşıl iqtisadiyyatın inkişafı vasitəsilə əlavə həcmdə enerji resurslarının çatdırılması imkanları və Azərbaycanın yaşıl keçid strategiyası müzakirə edilib", - paylaşımda qeyd olunub.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta