AZ

NATO müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcək

NATO-nun Hərbi Komitəsi təşkilata üzv ölkələrin müdafiə nazirləri səviyyəsində mayın 16-da Brüsseldə görüş keçirəcək, görüşdə Ukraynaya dəstək göstərilməsi məsələsi müzakirə olunacaq.Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

"İlk görüşdə müdafiə nazirləri Ukrayna-NATO Şurası formatında Rusiyanın Ukraynaya qarşı müharibəsini, həmçinin NATO və müttəfiqlərinin Ukraynaya gələcək dəstəyini müzakirə etmək üçün görüşəcəklər”, – məlumatda bildirilir.

Hərbi Komitənin iclası müdafiə nazirlərinə görüşməyə və Şimali Atlantika Alyansı üçün strateji əhəmiyyət kəsb edən məsələləri müzakirə etməyə imkan verəcək. İştirakçılar NATO-nun Vilnüs sammitində qəbul edilmiş qərarların icrası ilə bağlı fikir mübadiləsi aparacaq və iyulda Vaşinqtonda keçiriləcək sammitə hazırlaşacaqlar.

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
16
Mənbələr
Şərh ()
Bağla