AZ

NATO müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcək

NATO-nun Hərbi Komitəsi təşkilata üzv ölkələrin müdafiə nazirləri səviyyəsində mayın 16-da Brüsseldə görüş keçirəcək, görüşdə Ukraynaya dəstək göstərilməsi məsələsini müzakirə olunacaq.Elchi.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.“İlk görüşdə müdafiə nazirləri Ukrayna-NATO Şurası formatında Rusiyanın Ukraynaya qarşı müharibəsini, həmçinin NATO və müttəfiqlərinin Ukraynaya gələcək dəstəyini müzakirə etmək üçün görüşəcəklər”, – məlumatda bildirilir.Hərbi Komitənin iclası müdafiə nazirlərinə görüşməyə və Şimali Atlantika Alyansı üçün strateji əhəmiyyət kəsb edən məsələləri müzakirə etməyə imkan verəcək. İştirakçılar NATO-nun Vilnüs sammitində qəbul edilmiş qərarların icrası ilə bağlı fikir mübadiləsi aparacaq və iyulda Vaşinqtonda keçiriləcək sammitə hazırlaşacaqlar.Havar Şəfiyeva

Seçilən
121
16
Mənbələr
Şərh ()
Bağla