AZ

YAP Kürdəmir rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb ŞƏRH

29 aprel 2024-cü il tarixdə YAP Kürdəmir rayon təşkilatının Vüqar Qurbanov adına ərazi partiya təşkilatı yaradılıb. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının əməkdaşı Məhəmməd Heydərli iştirak edibdir. Tədbiri giriş sözü ilə açan fəal partiya üzvü, Vüqar Qurbanov adına Kürdəmir rayon Köhnəbazar kənd tam orta məktəbinin direktoru Aytən Əkbərova müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Aytən Əkbərova bildirib ki, bu gün Azərbaycan keşməkeşli tarixi dövrlərdən sonra Vətən müharibəsinin təntənəli Zəfərini yaşayır. Ali Baş Komandanımızın rəhbərliyi və Müzəffər Ordumuzun qalibiyyəti nəticəsində üçrəngli müqəddəs bayrağımız suverenliyimizin rəmzi kimi Qarabağ da daxil olmaqla bütöv Azərbaycanda vüqarla dalğalanır. O, həmçinin partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək bildirib ki, təxminən 800 minə yaxın üzvü olan partiyanın sıraları günü-gündən genişlənir. Bu baxımdan ərazi təşkilatlarının yaradılması olduqca əhəmiyyətlidir. Bu, üzvlərin partiyanın işində və ölkənin siyasi həyatında daha aktiv iştirakına şərait yaradacaqdır. Bu səbəbdən, YAP Kürdəmir rayon təşkilatının nəzdində Vüqar Qurbanov adına ərazi partiya təşkilatının yaradılması məqsədilə kollektivin partiya üzvləri rayon təşkilatına müraciət ediblər. Müraciətlərinə müsbət cavab verildiyi üçün Aytən Əkbərova öz minnətdarlığını bildirib. Daha sonra digər çıxışçılar Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol və yeni ərazi partiya təşkilatının yaranmasının əhəmiyyətindən danışıblar. Çıxışlardan sonra səsvermə keçirilib. İşgüzarlığı, yüksək təşkilatçılığı ilə kollektivdə böyük hörmət qazanan Aytən Əkbərova yekdil səslə ərazi partiya təşkilatının sədri, Aysel Süleymanova isə sədr müavini seçiliblər. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini bəyan ediblər.Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Məhəmməd Heydərli Yeni Azərbaycan Partiyasının ölkənin ictimai, siyasi və sosial həyatındakı rolundan danışaraq bildirib ki, ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçərək dünyada öz layiqli yerini tutmuşdur. Bütün bunlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin və misilsiz xidmətlərinin sayəsində mümkün olmuşdur. VII Qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və öhdəliklər haqda partiya fəallarına məlumat verib. Məhəmməd Heydərli yeni seçilmiş ərazi partiya təşkilat sədri Aytən Əkbərovanı və sədr müavini Aysel Süleymanovanı təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb, tədbir iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Seçilən
24
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21850
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19461
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18334
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17797
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17279
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17157
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16255
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15650
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12169
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11320
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9827
"Zaur, yenə çaşdın..." - VİDEO
8905
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8721
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8084
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7662
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7295
Minimum əmək haqqı nə qədər arta bilər?
7122
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6475
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5830