AZ

YAP Kürdəmir rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb -FOTO

Aprelin 18-də YAP Kürdəmir rayon təşkilatının “Kürdəmir Rayon Psixiatriya Xəstəxanası” ərazi partiya təşkilatı yaradılıb.

“İki sahil” xəbər verir ki, tədbirdə YAP Kürdəmir rayon təşkilatının əməkdaşları Məhəmməd Heydərli və Fuad Qubatov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan fəal partiya üzvü, Kürdəmir Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Mahir Mirzəyev müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.  Mahir Mirzəyev bildirib ki, bu gün Azərbaycan keşməkeşli tarixi dövrlərdən sonra Vətən müharibəsinin təntənəli Zəfərini yaşayır. Ali Baş Komandanımızın rəhbərliyi və Müzəffər Ordumuzun qalibiyyəti nəticəsində üçrəngli müqəddəs bayrağımız suverenliyimizin rəmzi kimi Qarabağ da daxil olmaqla bütöv Azərbaycanda vüqarla dalğalanır. O, həmçinin partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək bildirib ki, təxminən 800 minə yaxın üzvü olan partiyanın sıraları günü-gündən genişlənir. Bu baxımdan ərazi təşkilatlarının yaradılması olduqca əhəmiyyətlidir. Bu, üzvlərin partiyanın işində və ölkənin siyasi həyatında daha aktiv iştirakına şərait yaradacaqdır. Bu səbəbdən, YAP Kürdəmir  rayon təşkilatının nəzdində “Kürdəmir Rayon  Psixiatriya Xəstəxanası” ərazi partiya təşkilatının yaradılması məqsədilə kollektivin partiya üzvləri rayon təşkilatına  müraciət ediblər. Müraciətlərinə müsbət cavab verildiyi üçün Mahir Mirzəyev öz minnətdarlığını bildirib.

Daha sonra digər çıxışçılar Yeni Azərbaycan Partiyasının  keçdiyi şərəfli yol və yeni ərazi partiya təşkilatının yaranmasının əhəmiyyətindən danışıblar.

Çıxışlardan sonra səsvermə keçirilib. İşgüzarlığı, yüksək təşkilatçılığı ilə kollektivdə böyük hörmət qazanan Mahir Mirzəyev  yekdil səslə ərazi partiya təşkilatının sədri, Vüsal Məmmədli isə sədr müavini seçiliblər. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini  bəyan ediblər.

Tədbirdə iştirak edən  YAP Kürdəmir  rayon təşkilatının məsləhətçisi  Məhəmməd Heydərli  Yeni Azərbaycan Partiyasının ölkənin ictimai, siyasi və sosial həyatındakı rolundan danışaraq bildirib ki, ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçərək dünyada öz layiqli yerini tutmuşdur. Bütün bunlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin və misilsiz xidmətlərinin sayəsində mümkün olmuşdur. VII Qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və öhdəliklər haqda partiya fəallarına məlumat verib.

Məhəmməd Heydərli yeni seçilmiş ərazi partiya təşkilat sədri  Mahir Mirzəyevi və sədr müavini Vüsal Məmmədlini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Seçilən
72
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
2967
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
2460
Bakıda hoteldə yanğın başlayıb
2069
Bu yol qovşağında təmir işləri aparılacaq
2029
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1118
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1074
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
875
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
847
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
832
Çingiz Mustafayevin toyudur - FOTOLAR
798
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
707
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
691
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
607
Sabah 5 kəndin qazı kəsiləcək
603
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
595
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
589
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
557
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
522
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
475
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
470