AZ

“FOMO BAKU” klubu dünyanın 100 ən yaxşı klubu siyahısına daxil oldu! - FOTO/VİDEO

Bu həftə Britaniyanın ən nüfuzlu nəşrlərindən biri, elektron musiqi dünyasındakı hadisələri işıqlandıran və hər il iki reytinq - “Top 100 DJ” və “Top 100 gecə klubları” siyahısını təqdim edən “DJ MAG” jurnalı dünyanın ən yaxşı gecə klublarının siyahısını dərc edib.

Hazırda Azərbaycanda eksklüziv konseptə malik olan və paytaxtın ən populyar elektron musiqi məkanına çevrilmiş Bakı klubu “DJ MAG”a görə bu siyahıda 75-ci yeri tutub!

Bu xəbər Bakıda gecə həyatının bütün həvəskarlarını heyrətləndirdi və paytaxtda əyləncə gecələrinə qatılanların heç birini biganə qoymadı.

Azərbaycan üçün bu hadisə ölkəmizdə musiqi tendensiyalarının və əyləncə sənayesinin inkişafında mütərəqqiliyin artdığının, özünü dünyaya bəyan etməsinin bir növ etirafıdır.

FOMO-nun uğuru bütün sahələrdə həmfikir insanlardan ibarət peşəkar əlaqələndirilmiş komandanın əməyinin nəticəsidir.

Elektron musiqi ifa edən ən yaxşı DJ-lər öz pozitiv enerjisini FOMO-ya gətirir, bununla da klub qonaqlarının gecə həyatını elektron musiqi və şənlik dünyasına olan unudulmaz musiqi səyahətinə çevirir.

FOMO 2023-cü ilin sonunda qapılarını açdığı gündən, yeni rənglərlə parıldadığı üçün Bakıda klub həyatı tam olaraq dəyişdi.

“FOMO BAKU” “house” və “techno” kimi musiqi janrlarının mərkəzidir. Bu, bütün musiqi arzularının gerçəkləşdiyi məkandır və hər bir ziyarətçi anlayır ki, paytaxtımızda yüksək zövqə və mədəniyyətə malik sənaye artıq yeni reallıqdır.

Qeyd edək ki, FOMO klubunun yer aldığı “DJ MAG” jurnalının klub reytinqi dünyanın ən prestijli və nüfuzlu reytinqidir.

2009-cu ildən reytinq açıq səsvermə əsasında formalaşdırılır. Hər il “Top 100 Gecə Klubu” kateqoriyasında 400 mindən çox insan səs verir.

Seçilən
52
25
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21677
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19441
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18315
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17775
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17174
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17059
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16207
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15616
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12132
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11303
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9703
"Zaur, yenə çaşdın..." - VİDEO
8891
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8639
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8071
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7645
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7248
Minimum əmək haqqı nə qədər arta bilər?
7122
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6459
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5811