AZ

Türkiyənin ən zəngin qadını - FOTO

Amerikanın "Forbes" biznes jurnalı 2024-cü ildə dünyanın ən zəngin qadınlarının siyahısını dərc edib və bu siyahıda Türkiyənin ən zəngin qadınının da adı var.

Ölkə.Az xəbər verir ki, "Forbes"in açıqlamasına görə, bu qadın “Koç Holdinq”in idarə heyətinin üzvü İpək Kerac olub. Onun sərvəti 3,5 milyard dollar qiymətləndirilir. 2023-cü ildə onun sərvəti 200 milyon dollar artıb.

Bundan əvvəl  "Forbes" Amerika jurnalı Türkiyənin ən zəngin iş adamının yer aldığı dünyanın ən zəngin adamlarının siyahısını da dərc edib. Həmin siyahıda Türkiyənin “Yıldız Holdinq”in idarə heyətinin üzvü Murad Ülkər 5,1 milyard dollar sərvəti ilə siyahıda 597-ci yerdə qərarlaşıb.

Mürtəza
Ölkə.Az

Seçilən
76
25
Mənbələr
Şərh ()
Bağla