AZ

Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının toplantısında - FOTO

Çinin Çendu şəhərində Dünya Badminton Federasiyasının illik toplantısı keçirilib.

İdman.biz xəbər verir ki, 151 yerli federasiyasının qatıldığı iclasda Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Tədbiri giriş sözü ilə açan Dünya Badminton Federasiyasının prezidenti Poul Erik Höyer bildirib ki, dünyada badmintona maraq dayanmadan artmaqdadır. Onun sözlərinə görə, 2023-cü ildə dünya üzrə qeyd olunan 5 iyul Badminton Günündə 60 ölkədə 200-dən artıq tədbir keçirilib: “Bu idman növü bütün qitələrdə inkişaf etməkdədir. Beynəlxalq İdman Federasiyaları üzrə Dünya Badminton Federasiyası ən çox izlənilən beş federasiya sırasındadır”.

Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyəti illik toplantıda iştirak edərək bir sıra ikitərəfli görüşlər keçirib.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyası həm dünya, həm də Avropa Badminton ailəsinin fəal tərəfdaşı hesab olunur. Ötən il Avropa Badminton Federasiyasının illik konqresi ilk dəfə ölkəmizdə keçirilib. 2025-ci ildə isə Bakı qarışıq komandalar arasında badminton üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
5
idman.biz

6Mənbələr