AZ

Mikayıl Cabbarov İİB-nin İllik Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının (İİB) İllik Toplantısı çərçivəsində keçirilən "COP29-a doğru" dəyirmi masada iştirak edib.

Day.Az-ın məlumatına görə, bu barədə M.Cabbarov "X" sosial şəbəkəsində bildirib.

"Dəyirmi masada iqlim dəyişikliyi ilə mübarizədə təşəbbüslərin prioritet istiqamətləri barədə müzakirələr apardıq:

- Yaşıl artım və Azərbaycanın dayanıqlı enerji potensialının reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər;

- Qlobal iqlim öhdəliklərini reallığa çevirmək üçün birgə fəaliyyətin təşviqi;

- Bərpaolunan enerji layihələri üçün mərkəzləşmiş maliyyələşmə mexanizmlərinin yaradılması", - deyə nazir qeyd edib.

  • Mikayıl
  • Mikayıl
  • Mikayıl
  • Mikayıl
  • Mikayıl
  • Mikayıl
  • Mikayıl
  • Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
18
day.az

10Mənbələr