AZ

İsDB-nin illik toplantısı çərçivəsində "COP29-a doğru" dəyirmi masada müzakirələr aparılıb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının (İsDB) illik toplantısı çərçivəsində keçirilən "COP29-a doğru" dəyirmi masada müzakirələr aparıb.“Report” xəbər verir ki, bu barədə Mikayıl Cabbarov “X”dəki səhifəsində yazıb.“İslam İnkişaf Bankının illik toplantısı çərçivəsində keçirilən "COP29-a doğru" dəyirmi masada iqlim dəyişikliyi ilə mübarizədə təşəbbüslərin prioritet istiqamətləri barədə müzakirələr apardıq:- Yaşıl artım və Azərbaycanın dayanıqlı enerji potensialının reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər;- Qlobal iqlim öhdəliklərini reallığa çevirmək üçün birgə fəaliyyətin təşviqi;


- Bərpa olunan enerji layihələri üçün mərkəzləşmiş maliyyələşmə mexanizmlərinin yaradılması”, - nazir qeyd edib.İslam İnkişaf Bankının (@isdb_group) İllik Toplantısı çərçivəsində keçirilən "#COP29-a doğru" (@COP29_AZ) dəyirmi masada #iqlimdəyişikliyi ilə mübarizədə təşəbbüslərin prioritet istiqamətləri barədə müzakirələr apardıq: - Yaşıl artım və #Azərbaycan-ın dayanıqlı #enerji pic.twitter.com/aTzUjkr0Di— Mikayil Jabbarov (@MikayilJabbarov) April 28, 2024

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
18
azpolitika.info

10Mənbələr