Böyük Britaniya öz silahlı qüvvələrini yerli istehsalı olan hipersəs qanadlı raketlə təchiz etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "The Telegraph" qəzeti xəbər verib.
"Müdafiə Nazirliyi israr edir ki, yeni silahlar tamamilə Böyük Britaniyada layihəlindirilərək istehsal olunacaq və onların xidmətə girməsi üçün 2030-cu ilə qədər son tarix müəyyən edilib", - deyə bildirilib.
Qeyd olunub ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak bu layihəni növbəti 6 il ərzində müdafiə büdcəsinin 75 milyard funt sterlinq artırılmasının planlaşdırılan sahələrindən biri kimi müəyyənləşdirib.