AZ

Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasiminin yayım tarixi açıqlanıb.
 
Bu barədə "Rossiya-1" telekanalı məlumat yayıb.
 
"Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12:00-da "Rossiya" kanalında canlı yayımlancaq", - deyə efirdə qeyd olunub.
 
Qeyd edək ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V. Putin seçkilərdə ümumi 87,28% səslə qalib gəlib və beşinci dəfə Rusiya prezidenti seçilib.
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
8
moderator.az

10Mənbələr