AZ

Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasiminin yayım tarixi açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Rossiya-1” telekanalı məlumat yayıb.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12:00-da “Rossiya” kanalında canlı yayımlancaq”, – deyə efirdə qeyd olunub.

Qeyd edək ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V. Putin seçkilərdə ümumi 87,28% səslə qalib gəlib və beşinci dəfə Rusiya prezidenti seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
8
konkret.az

10Mənbələr