AZ

Rusiyada yol qəzası - 4 ölü

Rusiyanın Samara vilayətində baş verən ağır yol qəzasında 4 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə məlumatında deyilir.

Belə ki, Samara vilayətinin Voljski rayonunda “Howo” markalı yük maşını ilə “Renault Logan” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və nəqliyyat vasitəsində olan üç sərnişini hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
50
Mənbələr
Şərh ()
Bağla