AZ

ABŞ Qəzzada üzən liman tikintisini davam etdirir - İsrail ordusu

İsrail ordusu bəyan edib ki, ABŞ Qəzza sahillərində üzən liman tikintisini davam etdirir. Bizimyol.info xəbər verir ki, İsrail ordusunun "X" sosial media hesabından verdiyi açıqlamada üzən liman tikintisi ilə bağlı məlumat paylaşılıb. Açıqlamada, ABŞ-ın humanitar yardımların daşınacağı və Qəzza limanlarına birləşdiriləcəyi üzən limanın tikintisini davam etdirdiyi açıqlanıb. Sözügedən üzən liman səthinin təxminən 281 dekar olacağı və böyük miqdarda malların Qəzzaya daxil olması üçün nəzərdə tutulduğu qeyd edilib. Sosial media hesabında tikinti işlərinin aparıldığı barədə paylaşım edilib. Üzən dok layihəsində fəaliyyət göstərəcək ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin cümə günü Qəzza zolağı yaxınlığında lövbər saldığı bildirilib. ABŞ prezidenti Co Bayden martın 7-də bildirib ki, o, ordusuna Qəzzaya yardım üçün sahildə müvəqqəti körpü tikməyi tapşırıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəzzaya Humanitar Yardım və Yenidənqurma üzrə Baş Koordinatoru Siqrid Kaaq aprelin 24-də Nyu Yorkdakı BMT binasında jurnalistlərə bildirib ki, dəniz dəhlizi ilə Qəzzaya edilən yardım quru yardımını əvəz edə bilməz, lakin əlavə dəstəyə ehtiyac var. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24168
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13524
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11481
Helikopter qəzası ilə bağlı yeni xəbər
7759
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5770
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5635
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5582
Rəisi öldü, Pakistanda matəm elan edildi
5300
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3990
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3693
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3549
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3320
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3114
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2786
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2556