AZ

“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”

Ölkə televiziyalarında yayımlanan sosial verilişlər cəmiyyətdə ən çox tənqid olunan məsələlərdən biridir. Demək olar ki, kim dindirilsə, belə efir proqramlarının televiziyalarda yer almamasını bildirir. Kəskin iradlardan sonra bu cür verilişlərin vaxtlarının azaldılması, yeni sezondan isə televiziya proqramında yer almaması barədə xəbərlər də yayımlanmağa başlayıb.

Milli.Az xəbər verir ki, tanınmış yazıçı, şair, jurnalist Anar Vəziroğlu "Yeni Sabah"a açıqlamasında bu verilişlərə olan tənqidin yersiz olduğunundan gileylənib:

"Sosial verilişlərin bağlanılması üçün televiziyaların üstünə düşüblər. Biri də çıxıb demir ki, ay qardaş, ay məhşur, ay özündən deyən kişi, sən bir dənə layihə vermisən ki, deyəsən də bunu işləmədilər və özlərindən hoqqa çıxartmağa başladılar. Sənin də dilin uzun olsun. Hamı danışır. Bütün müxbirlər mikrofonu tuşlayırlar, ən məhşur xalq artistindən tutmuş xalq şairinə qədər... Mən də redaktor işləmişəm. İşlənən materialın üstündə yenidən redaktə aparmağa nə var? Heç kim yeni bir şey ərsəyə gətirmir. Ancaq deyirlər ki, fırıldaqdırlar, insanlardan pul yığırlar".

Ekspert insanların başını qatması üçün bu cür layihələrin vaxtının uzadılmasının lazım olduğunu da vurğulayıb:

"Çox qəribədir, həmin verilişlərin efir vaxtı qısalsın deyirlər. Mən deyərdim ki, 3 saat azdır, qoy 10 saat olsun. Niyə? Çünki o bəzi adamlar, küçədə onu-bunu güdür, baxır ki, görəsən, kim haradan kiminlə gəlir, nə iş görür. Onlar elə televizorun qabağında oturub bu verilişlərə baxsa, daha yaxşıdır. Belələrinin bu işlərdən uzaqlaşması üçün başlarını qatmaq lazımdır. Bizim camaat da qınanılası adamlardır. Verilişləri izləmədiklərini deyib, tənqid etsələr də, yalan danışırlar. Başlayırlar ki, Zaur belə getdi, Xoşqədəm belə gəldi. Bütün bunları yalandan edirlər. Onlar düşmən adamlardır ki? Bizimkilərdir, azərbaycanlılarımızdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18372
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12929
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10254
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4564
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4247
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3417
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3197
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2735
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2406
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2152
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1651
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1138
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1036
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1005
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
996
Mayın ilk gününün havası açıqlanıb
911
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
810
Arda dubl etdi - VİDEO
805