AZ

“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”

Ölkə televiziyalarında yayımlanan sosial verilişlər cəmiyyətdə ən çox tənqid olunan məsələlərdən biridir. Demək olar ki, kim dindirilsə, belə efir proqramlarının televiziyalarda yer almamasını bildirir. Kəskin iradlardan sonra bu cür verilişlərin vaxtlarının azaldılması, yeni sezondan isə televiziya proqramında yer almaması barədə xəbərlər də yayımlanmağa başlayıb.

Tanınmış yazıçı, şair, jurnalist Anar Vəziroğlu “Yeni Sabah”a açıqlamasında bu verilişlərə olan tənqidin yersiz olduğunundan gileylənib:

“Sosial verilişlərin bağlanılması üçün televiziyaların üstünə düşüblər. Biri də çıxıb demir ki, ay qardaş, ay məhşur, ay özündən deyən kişi, sən bir dənə layihə vermisən ki, deyəsən də bunu işləmədilər və özlərindən hoqqa çıxartmağa başladılar. Sənin də dilin uzun olsun. Hamı danışır. Bütün müxbirlər mikrofonu tuşlayırlar, ən məhşur xalq artistindən tutmuş xalq şairinə qədər... Mən də redaktor işləmişəm. İşlənən materialın üstündə yenidən redaktə aparmağa nə var? Heç kim yeni bir şey ərsəyə gətirmir. Ancaq deyirlər ki, fırıldaqdırlar, insanlardan pul yığırlar”.

Ekspert insanların başını qatması üçün bu cür layihələrin vaxtının uzadılmasının lazım olduğunu da vurğulayıb:

“Çox qəribədir, həmin verilişlərin efir vaxtı qısalsın deyirlər. Mən deyərdim ki, 3 saat azdır, qoy 10 saat olsun. Niyə? Çünki o bəzi adamlar, küçədə onu-bunu güdür, baxır ki, görəsən, kim haradan kiminlə gəlir, nə iş görür. Onlar elə televizorun qabağında oturub bu verilişlərə baxsa, daha yaxşıdır. Belələrinin bu işlərdən uzaqlaşması üçün başlarını qatmaq lazımdır. Bizim camaat da qınanılası adamlardır. Verilişləri izləmədiklərini deyib, tənqid etsələr də, yalan danışırlar. Başlayırlar ki, Zaur belə getdi, Xoşqədəm belə gəldi. Bütün bunları yalandan edirlər. Onlar düşmən adamlardır ki? Bizimkilərdir, azərbaycanlılarımızdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17938
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12760
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10136
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4410
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4016
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3315
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3135
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2681
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2327
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2129
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1616
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1116
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1024
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1003
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
997
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
981
Mayın ilk gününün havası açıqlanıb
900
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
797