AZ

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır.“Report” xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb.Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahların tamamilə krallığın alimləri tərəfindən hazırlanmasını və istehsal edilməsini istəyir.“Bu kimi qabaqcıl layihələr yalnız hökumətin bu həftə müdafiə sahəsində yeniliklərə qoyduğu böyük yeni investisiya sayəsində mümkün ola bilər”, - deyə adı açıqlanmayan müdafiə mənbəsi qəzetə bildirib.Aprelin 23-də Böyük Britaniyanın baş naziri Rişi Sunak Londonun müdafiə sənayesini hərbi bazaya keçirəcəyini və müdafiə xərclərini ÜDM-in 2,5%-nə qədər artıracağını açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
1
Mənbələr
Şərh ()
Bağla