AZ

Abşeronda Zərifə Əliyevanın 101-ci ildönümü qeyd olundu

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və İlham Məmmədov, YAP Abşeron Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional idarələrin direktorları, Abşeron Rayon Mərkəzi xəstəxanasının direktoru, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Daha sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan qadınının parlaq simasıdır. Respublikamızda səhiyyənin inkişafınada və bir çox göz xəstəliklərinin müalicəsində Zərifə xanım Əliyevanının böyük əzmi və fəaliyyətinin olduğunu vurğulayan A.Fərzəliyev vurğulayıb ki, məhz onun sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlər tamamilə həll olunub. Bildirilib ki, Zərifə xanım Əliyeva əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsə nümunə olub. Onun taleyinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı və xalqımızı qələbəyə aparan, işğal altında olan torpaqlarımızı azad edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin anası olması yazıldığı vurğulanıb.

Millət vəkili Aydın Hüseynov bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan qadınına nümunə ola biləcək sədaqətli silahdaş, gözəl ana, böyük oftalmoloq-alim olmaqla təbabətə inamla, xeyirxahlıqla xidmət edib və gənc alimlərin yetişməsində onlara çox böyük qayğı göstərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17863
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12756
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10124
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4394
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3999
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3298
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3127
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2681
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2326
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2129
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1612
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1114
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1024
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
999
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
993
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
981
Mayın ilk gününün havası açıqlanıb
898
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
797