AZ

Bakı Sağlamlıq Mərkəzində Ümumdünya Əməyin Mühafizəsi Günü

Bakı Sağlamlıq Mərkəzində 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı tədbir keçirilib.

 

Bakı Sağlamlıq Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı məsələlərin daim diqqətdə saxlanıldığını qeyd edərək Mərkəzdə bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, təsdiq olunmuş illik plan-qrafiki əsasında işçilərin iştirakı ilə müvafiq istiqamətdə tədbirlər, monitorinqlər və görüşlər keçirilir. Bu cür görüşlərin keçirilməsində məqsəd işçilərin sağlamlığına və təhlükəsizliyinə cavab verən əmək şəraitinin yaradılması yolunda müvafiq addımlar atmaqdır. 

 

Tədbir Mərkəzimizin Əməyin mühafizəsi bölməsinin müdiri Ağamusa Səfiyevin çıxışı ilə davam edib. O bildirib ki,  Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2003-cü ildən dünyada 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir. Azərbaycanda da hər il Ümumdünya Əməyin Mühafizəsi Günü xüsusi diqqət ayrılan günlər sırasındadır. Məqsəd işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılması, qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələsinə ictimaiyyətin diqqətinin artırılmasıdır.

 

Ağamusa Səfiyevin əməyin təhlükəsizliyi və sağlamlığın idarə edilməsi ilə bağlı konkret iş sahələrinə dair təlimatlar hazırladığını bildirib. Hər bir iş yerində bu təlimatlardan mütləq şəkildə istifadə olunmasının, işçilərin səhhəti, həyatı üçün risklərin qarşısı alınmasının zəruriliyi diqqətə çatdırıb. Qeyd edib ki, Bakı Sağlamlıq Mərkəzində əməyin mühafizəsi, iş yerlərində əməyin təhlükəsiz idarə edilməsi, sağlamlığın qorunması mexanizminin yaradılması ilə bağlı hüquqi-praktiki maarifləndirmə işləri aparılır.  

 

Daha sonra əməkdaşları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb və mövzu ilə bağlı maarifləndirici videolar nümayiş olunub.

Seçilən
155
32
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21396
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19361
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18294
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17702
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16970
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16792
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16114
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15561
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12058
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11286
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9409
"Zaur, yenə çaşdın..." - VİDEO
8880
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8475
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8021
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7566
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7192
Minimum əmək haqqı nə qədər arta bilər?
7111
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6399
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5785