AZ

Konstirusiya Məhkəməsindən əmək müqaviləsi ilə bağlı mühüm QƏRAR

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

 

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

 

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmənin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor A.Qasımovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

 

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir.

 

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Seçilən
140
32
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21711
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19445
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18315
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17783
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17200
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17073
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16211
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15620
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12150
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11303
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9720
"Zaur, yenə çaşdın..." - VİDEO
8895
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8652
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8071
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7651
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7252
Minimum əmək haqqı nə qədər arta bilər?
7122
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6464
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5819