AZ

Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb

Dağıntıların təmizlənməsi davam edir
Nigeriyada azı 11 nəfər uçan binanın dağıntıları altında qalıb. AYNA xəbər verir ki, bu barədə “Daily Post” qəzeti yazıb.
Nəşrin məlumatına görə, hadisə Kano əyalətinin Qvala rayonundakı Kuntau kəndində baş verib. Dağıntıların təmizlənməsi davam edir.
Qəzet qeyd edir ki, çökən bina tikilməkdə olub, ona görə də dağıntılar altında daha çox insan qala bilər.

Seçilən
95
5
Mənbələr
Şərh ()
Bağla