AZ

Nigeriyada silahlı hücumlarda 21 nəfər ölüb

Nigeriyada çobanlarla fermerlər arasında qarşıdurmaların yaşandığı Plato əyalətində baş verən hücumlarda 21 nəfər həyatını itirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Mvaghavul Gənclər Hərəkatının Milli sədri Sunday Dankaka jurnalistlərə bildirib ki, çobanlar əyalətin Manqu və Kuru bölgələrində silahlı hücumlar həyata keçiriblər.

Dankaka hücumlarda 21 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını qeyd edib.

Hücumlarda bir çox evin külə döndüyünü ifadə edən Dankaka, onlarla insanın evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Qeyd edək ki , Yayla əyalətinin Manqu bölgəsində vaxtaşırı çobanlarla fermerlər arasında toqquşmalar baş verir. Son olaraq yanvar ayında Manqu bölgəsində baş verən qarşıdurmalarda aralarında uşaq və qadınların da olduğu azı 90 nəfər həyatını itirib.

Malik Atilay 























Bizi Facebookda izləyin

Seçilən
103
50
Mənbələr
Şərh ()
Bağla