- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Hakim ondan ehtiyatsızlıqdan Saltanat Nukenovanın ölümü ilə nəticələnən sağlamlığa xəsarət yetirməkdə özünü təqsirli bilib-bilmədiyini soruşub. Bişimbayev təsdiq cavabı verib.
Prosesdə o da məlum olub ki, noyabrın 9-da "Bau” restoranında VIP otaqlardan biri Rusiya Prezidenti Vladimir Putinin Astanaya səfəri günü Qazaxıstana gələn Rusiya nümayəndə heyəti üçün sifariş edilib. Zərərçəkmiş tərəfin nümayəndələri bu səbəbdən təqsirləndirilən şəxsin Saltanatın meyitini restorandan çıxara bilmədiyini iddia edib və bronun niyə ləğv edildiyini soruşublar.
Bişimbayevin qardaşı Bakıtjan Bayjanov cavab verib ki, restoran bağlanıb və buna görə də bron ləğv edilib. Hakim əlavə sualları rədd edib.
Təqsirləndirilən Bişimbayevi ömürlük həbs cəzası gözləyir. Keçmiş nazirin təqsirli və ya təqsirsizliyinə andlılar məhkəməsi qərar verəcək.
Mənbə: Meduza.io
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.