AZ

Arvadını öldürən keçmiş naziri ömürlük məhbus həyatı gözləyir – VİDEO

Qazaxıstanda həyat yoldaşı Saltanat Nukenovanı vəhşicəsinə qətlə yetirməkdə təqsirləndirilən keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin işi üzrə məhkəmə istintaqı başa çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə mərhumun qardaşı Aytbek Amangeldi xəbər verib.

Onun sözlərinə görə, hazırda tərəflər arasında gələn həftənin ilk beş günündə debata hazırlıqlar gedir.

Dövlət ittihamına görə, Qazaxıstanın keçmiş naziri Nukenovanı 2023-cü il noyabrın 9-da ailəsinə məxsus “Astana Bau” restoranında döyərək öldürüb. Elə həmin gün Bişimbayev həbs edilib. İş üzrə məhkəmə martın sonunda başlayıb.

Məhkəmə istintaqı başa çatmazdan əvvəl hakim Ayjan Kulbayeva müttəhim Kuandıq Bişimbayevin ittihamlarla bağlı mövqeyinin dəyişib-dəyişmədiyini soruşub.

“Mən işgəncə məsələsi ilə bağlı özümü təqsirli bilmirəm. Xüsusi amansızlıqla qəsdən adam öldürmədə ittiham olunduğum ikinci epizodda mən Nukenovanın ölümünə səbəb olan döyülmələri törətdiyimi etiraf edirəm, lakin bunu qəsdən etdiyim barədə ittihamları qəbul etmirəm”, – deyə Bişimbayev məhkəmədə deyib.

Hakim ondan ehtiyatsızlıqdan Saltanat Nukenovanın ölümü ilə nəticələnən sağlamlığa xəsarət yetirməkdə özünü təqsirli bilib-bilmədiyini soruşub. Bişimbayev təsdiq cavabı verib.

Prosesdə o da məlum olub ki, noyabrın 9-da “Bau” restoranında VIP otaqlardan biri Rusiya Prezidenti Vladimir Putinin Astanaya səfəri günü Qazaxıstana gələn Rusiya nümayəndə heyəti üçün sifariş edilib. Zərərçəkmiş tərəfin nümayəndələri bu səbəbdən təqsirləndirilən şəxsin Saltanatın meyitini restorandan çıxara bilmədiyini iddia edib və bronun niyə ləğv edildiyini soruşublar.

Bişimbayevin qardaşı Bakıtjan Bayjanov cavab verib ki, restoran bağlanıb və buna görə də bron ləğv edilib. Hakim əlavə sualları rədd edib.

Təqsirləndirilən Bişimbayevi ömürlük həbs cəzası gözləyir. Keçmiş nazirin təqsirli və ya təqsirsizliyinə andlılar məhkəməsi qərar verəcək. (oxu.az)

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
4887
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
4834
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
847
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
811
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
788
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
785
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
499
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
433
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
293
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
274
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
238
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
197
Arda Gülər dayanmır, yenə fərqləndi -
140
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
125
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
120
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
119
Arda dubl etdi - VİDEO
115
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
103
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
99
“Mançester Siti” İngiltərə çempionu olub
96