AZ

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib (FOTO)

Bakı. Trend:

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət SərhədXidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının vəSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbərvəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın HərbiProkurorluq orqanlarında qeydə alınmış qəsdən adam öldürmə, qəsdənadam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma cinayətləriüzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin vəziyyətinin,cinayət hadisələrinin baş verməsinin səbəb və şəraitinin, həmincinayətlər üzrə istintaq təcrübəsi və məhkəmə nəticələrininümumiləşdirilməsinin müzakirəsinə həsr olunmuş geniş kollegiyaiclası keçirilib.

Respublika Hərbi Prokurorluğundan Trend-ə bildirilib ki, əvvəlcəkollegiya iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizinəziz və unudulmaz xatirələrini bir dəqiqəlik sükutla anıb, qazilərəşəfa diləyiblər.

Kollegiya iclasında çıxış edən Baş prokurorun müavini – Hərbiprokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki,Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin mükəmməlsiyasətini dövrün tələblərinə uyğun reallaşdıran Prezident İlhamƏliyevin hərtərəfli bilik və bacarığı, qətiyyəti, yorulmazfəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdətisayəsində dövlətimizin daha da qüdrətlənməsi və əhalinin rifahınınbütün istiqamətlər üzrə yaxşılaşdırılması prosesinin davamlılığıuğurla təmin olunur. O, həmçinin vurğulayıb ki, Prezidentin ölkəyərəhbərlik etdiyi 20 ildə əldə edilən misli görünməmiş uğurlardaBirinci vitse-prezident Mehriban xanım Əliyevanın zəngin fəaliyyətidə mühüm əhəmiyyət kəsb etməkdədir.

Bundan sonra, məruzəçilər - İstintaq İdarəsinin rəisi, ədliyyəpolkovniki Bəhruz Əhmədov və Hərbi prokurorluqlarda istintaqanəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Hümmət Məmmədovkollegiya iclasının həsr olunduğu məsələlər barədə çıxış edərək,bununla bağlı hesabat dövründə görülmüş işlərdən danışıb. Həmincinayətlərin qarşısının alınması ilə əlaqədar hərbi prokurorluqorqanlarının və aidiyyəti qurumların qarşısında duran vəzifələrinyerinə yetirilməsi üçün görülməli olan tədbirlər barədə məlumatveriblər. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib ki, Prezidentİlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində SilahlıQüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədəmöhkəmləndirilib, şəxsi heyəti peşəkar hərbi qulluqçularlakomplektləşdirilib, hərbçilərin nəzəri bilik və peşə, həmçininmənəvi-psixoloji hazırlıq səviyyəsi artırılıb, qeyd olunanlarnizam-intizamın və qanunçuluğun daha da möhkəmlənməsinişərtləndirib.

Sonra Hərbi prokuror Xanlar Vəliyev kollegiya iclasının həsrolunduğu cinayətlərin istintaq və məhkəmə təcrübəsinin ildə ikidəfə ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğununkollegiyalarında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin,Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik vəHərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəlişəxslərinin iştirakı ilə müzakirə edilməklə, kollegiyalarınqərarlarına əsasən, həmin cinayətləri doğurmuş səbəb və şəraitinaradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinədair aidiyyəti qurumların rəhbərlərinə məlumat məktubları,komandanlıqlara təqdimatlar, ərazi hərbi prokurorlarına icmalməktublar göndərilməsinin, həmçinin hər ilin əvvəlində tərtibedilmiş birgə tədbirlər planlarına əsasən nizam-intizamın,qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizədəbirlikdə görülən digər işlərin cinayətlərin, o cümlədən bu qəbildənolan cinayətlərin qarşısının alınmasındakı xüsusi rolunu qeyd edib.O qarşılıqlı səmərəli fəaliyyətə görə adları çəkilən qurumlarınrəhbərlərinə təşəkkürünü bildirib.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev xüsusi vurğulayıb ki,bütün bunların nəticəsində 2023-cü ilin birinci rübü ilə müqayisədə2024-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürməcinayətləri 50 faiz, özünü öldürmə hadisələri 40 faiz azalıb,qəsdən adam öldürməyə cəhd cinayətləri isə ümumiyyətlə qeydəalınmayıb.

Kollegiya iclasına yekun vuran Hərbi prokuror Xanlar Vəliyevdiqqətə çatdırıb ki, cinayət hadisələrinin, o cümlədən bu qəbildənolan cinayətlərin qarşısının alınması istiqamətində HərbiProkurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti bundan sonra dauğurla davam etdiriləcək.

Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
10
az.trend.az

10Mənbələr

Şərh ()
Bağla