AZ

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma cinayətləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin vəziyyətinin, cinayət hadisələrinin baş verməsinin səbəb və şəraitinin, həmin cinayətlər üzrə istintaq təcrübəsi və məhkəmə nəticələrinin ümumiləşdirilməsinin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Respublika Hərbi Prokurorluğundan Aznews.az-a bildirilib ki, əvvəlcə kollegiya iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələrini bir dəqiqəlik sükutla anıb, qazilərə şəfa diləyiblər.

Kollegiya iclasında çıxış edən Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələblərinə uyğun reallaşdıran Prezident İlham Əliyevin hərtərəfli bilik və bacarığı, qətiyyəti, yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində dövlətimizin daha da qüdrətlənməsi və əhalinin rifahının bütün istiqamətlər üzrə yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur. O, həmçinin vurğulayıb ki, Prezidentin ölkəyə rəhbərlik etdiyi 20 ildə əldə edilən misli görünməmiş uğurlarda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın zəngin fəaliyyəti də mühüm əhəmiyyət kəsb etməkdədir.

Bundan sonra, məruzəçilər - İstintaq İdarəsinin rəisi, ədliyyə polkovniki Bəhruz Əhmədov və Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Hümmət Məmmədov kollegiya iclasının həsr olunduğu məsələlər barədə çıxış edərək, bununla bağlı hesabat dövründə görülmüş işlərdən danışıb. Həmin cinayətlərin qarşısının alınması ilə əlaqədar hərbi prokurorluq orqanlarının və aidiyyəti qurumların qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görülməli olan tədbirlər barədə məlumat veriblər. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib ki, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, şəxsi heyəti peşəkar hərbi qulluqçularla komplektləşdirilib, hərbçilərin nəzəri bilik və peşə, həmçinin mənəvi-psixoloji hazırlıq səviyyəsi artırılıb, qeyd olunanlar nizam-intizamın və qanunçuluğun daha da möhkəmlənməsini şərtləndirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
10
Mənbələr
Şərh ()
Bağla