AZ

Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib

Təsərrüfat subyektlərinin təmərküzləşməsində qlobal tendensiyalar, dövlətin rəqabətin tənzimlənməsində rolu, rəqəmsal bazarlarda rəqabət siyasətinin aparılması və digər məsələlər müzakirə edilib.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Qazaxıstana Respublikasına səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Almatı şəhərində keçirilən “Rəqabət siyasəti və hüquq sahəsində mövcud tendensiyalar” mövzusunda Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib.

Qazaxıstanın Rəqabətin Qorunması və İnkişafı Agentliyinin (AZRK) təşkilatçılığı ilə baş tutan forumda Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) Rəqabət və istehlakçı siyasəti istiqamətinin rəhbəri Tereza Moreyra, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Rəqabət Komitəsinin sədri Frederik Cenni, AZRK-nın rəhbəri Marat Omarov, eləcə də digər ölkələrin rəqabət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər iştirak ediblər.

Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev müasir dövrdə antiinhisar orqanlarının rolunun gücləndirilməsinə həsr olunan panel müzakirəsinə qatılıb. "Dövlət və Biznes: problemlərin həlli yolları və rəqabət neytrallığının artırılması" adlı təqdimatla çıxış edən Xidmət rəisinin müavini iştirakçılara ölkəmizdə həyata keçirilən rəqabət siyasəti, həmçinin bu sahədə qanunvericilikdə aparılan islahatlar barədə geniş məlumat verib.

İki gün davam edən forum çərçivəsində iştirakçı ölkələrdə təsərrüfat subyektlərinin təmərküzləşməsində qlobal tendensiyalar, antiinhisar fəaliyyəti sahəsində işlərə baxılmasında məhkəmə təcrübəsi, rəqəmsal bazarlarda rəqabət siyasətinin aparılması, eləcə də əczaçılıq bazarı üçün rəqabətin əhəmiyyəti məsələləri haqqında təqdimatlar edilib, müzakirələr aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
4952
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
4910
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
849
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
819
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
788
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
788
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
535
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
437
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
293
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
274
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
238
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
201
Arda Gülər dayanmır, yenə fərqləndi -
142
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
126
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
121
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
119
Arda dubl etdi - VİDEO
115
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
104
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
103
“Mançester Siti” İngiltərə çempionu olub
96