AZ

Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumuna qatılıb - FOTO

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində keçirilən “Rəqabət siyasəti və hüquq sahəsində mövcud tendensiyalar” mövzusunda Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib. SİA bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Qazaxıstanın Rəqabətin Qorunması və İnkişafı Agentliyinin (AZRK) təşkilatçılığı ilə baş tutan forumda Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) Rəqabət və istehlakçı siyasəti istiqamətinin rəhbəri Tereza Moreyra, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Rəqabət Komitəsinin sədri Frederik Cenni, AZRK-nın rəhbəri Marat Omarov, eləcə də digər ölkələrin rəqabət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər iştirak ediblər.

Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev müasir dövrdə antiinhisar orqanlarının rolunun gücləndirilməsinə həsr olunan panel müzakirəsinə qatılıb. "Dövlət və Biznes: problemlərin həlli yolları və rəqabət neytrallığının artırılması" adlı təqdimatla çıxış edən Xidmət rəisinin müavini iştirakçılara ölkəmizdə həyata keçirilən rəqabət siyasəti, həmçinin bu sahədə qanunvericilikdə aparılan islahatlar barədə geniş məlumat verib.

İki gün davam edən forum çərçivəsində iştirakçı ölkələrdə təsərrüfat subyektlərinin təmərküzləşməsində qlobal tendensiyalar, antiinhisar fəaliyyəti sahəsində işlərə baxılmasında məhkəmə təcrübəsi, rəqəmsal bazarlarda rəqabət siyasətinin aparılması, eləcə də əczaçılıq bazarı üçün rəqabətin əhəmiyyəti məsələləri haqqında təqdimatlar edilib, müzakirələr aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9852
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7936
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1579
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
1573
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1506
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1484
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1462
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
934
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
660
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
546
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
533
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
483
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
373
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
352
Arda Gülər dayanmır, yenə fərqləndi -
314
Arda dubl etdi - VİDEO
290
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
267
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
228
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
220