AZ

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

Bakı. Trend:

Bakı Dövlət Universiteti (BDU) məzunlarının Dövlət İmtahanMərkəzinin keçirdiyi dövlət qulluğu imtahanlarındakı nəticələrinəgörə ölkədəki ali təhsil müəssisələri arasında liderdir.

BDU-dan Trend-ə verilən məlumata görə, 2023-cü il ərzində Dövlətİmtahan Mərkəzi dövlət qulluğunun inzibati vəzifələrinin tutulmasıməqsədilə A və B növləri üzrə hər biri 6 imtahan olmaqla ümumilikdə12 test imtahanı keçirib. İmtahanlarda iştirak edən 16200namizəddən 4709 nəfəri uğurlu nəticə əldə edib.

Test imtahanlarında uğur əldə edərək sertifikat alannamizədlərin təhsil aldığı ali məktəblər üzrə nəticələrə əsasən,BDU birinci yerdə qərarlaşıb. Test imtahanlarında uğur əldə edən4709 nəfərdən 1032-si BDU-nun məzunudur. Bu, dövlət qulluğuimtahanlarında uğur qazanan namizədlərin 22 faizi deməkdir.

Məzunlarımızı təbrik edir, gələcək karyeralarında uğurlararzulayırıq!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
3
Mənbələr
Şərh ()
Bağla