AZ

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Bakı Dövlət Universiteti (BDU) məzunlarının Dövlət İmtahan Mərkəzinin keçirdiyi dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə ölkədəki ali təhsil müəssisələri arasında liderdir.

Bu barədə 525.az-a BDU-dan məlumat verilib.

2023-cü il ərzində Dövlət İmtahan Mərkəzi dövlət qulluğunun inzibati vəzifələrinin tutulması məqsədilə A və B növləri üzrə hər biri 6 imtahan olmaqla ümumilikdə 12 test imtahanı keçirib. İmtahanlarda iştirak edən 16.200 namizəddən 4.709 nəfəri uğurlu nəticə əldə edib.

Test imtahanlarında uğur əldə edərək sertifikat alan namizədlərin təhsil aldığı ali məktəblər üzrə nəticələrə əsasən, BDU birinci yerdə qərarlaşıb. Test imtahanlarında uğur əldə edən 4.709 nəfərdən 1032-si BDU-nun məzunudur. Bu, dövlət qulluğu imtahanlarında uğur qazanan namizədlərin 22 faizi deməkdir.

Sevinc Qarayeva 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
10
525.az

10Mənbələr