AZ

Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO

Laçın Beynəlxalq Hava Limanının tikintisi davam edir.

Avtosfer.az-ın məlumatına görə, aeroport ərazisindəki yolların asfaltlanma işlərinə başlanılıb.

Qeyd edək ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3 000 metr, eni isə 60 metr olacaq.

Laçın dağlıq bölgə olduğuna görə ərazinin planlaşdırılması işləri davam etdirilir.

Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5 000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək.

oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
6
Mənbələr
Şərh ()
Bağla