AZ

Laçın aeroportundan son görüntülər - VİDEO

Laçın Beynəlxalq Hava Limanının tikintisi davam edir.

Milli.Az bildirir ki, oxu.Az-ın məlumatına görə, aeroport ərazisindəki yolların asfaltlanma işlərinə başlanılıb.

Qeyd edək ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3 000 metr, eni isə 60 metr olacaq.

Laçın dağlıq bölgə olduğuna görə ərazinin planlaşdırılması işləri davam etdirilir.

Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5 000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
6
Mənbələr
Şərh ()
Bağla