AZ

"NATO Ukraynaya vəd etdiyi hərbi yardımı göndərməyib" - Stoltenberq

NATO ölkələri son aylarda Ukraynaya vəd edilmiş hərbi yardımı göndərməyib.

"Unikal" xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq Almaniyada çıxışı zamanı bildirib. 

O qeyd edib ki, ABŞ-nin Kiyevə yeni yardım paketi ilə bağlı razılığa gəlməsi aylar çəkib, Avropa İttifaqı isə vəd etdiyi sayda raketləri çatdırmayıb: "Gəlin düzünü deyək: Reallıq budur ki, NATO müttəfiqləri son aylarda Ukraynaya vəd etdikləri yardımı göstərməyiblər".

Aprelin 24-də ABŞ Senatı Ukraynaya 61 milyard dollar yardımın ayrılmasını təsdiqləyib. ABŞ administrasiyası 2023-cü ilin noyabrından bu qanun layihəsi ilə bağlı razılığa gələ bilmir. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
12
Mənbələr
Şərh ()
Bağla