AZ

Kaçinskinin təyyarəsində partlayış olmayıb - Polşa prokurorluğu

Polşa prokurorluğu 2010-cu ildə Smolensk yaxınlığında qəzaya uğrayan prezidentə məxsus Tu-154 təyyarəsinin göyərtəsində partlayış olması versiyasını təsdiqləmir. 

“Unikal” xəbər verir ki, bu barədə  PAP agentliyi həlak olanlardan birinin qohumuna istinadən məlumat yayıb.

"Prokurorluğun məlumatına görə, hələ yekun olmasa da, heç bir partlayış baş verməyib", - Pavel Dereş həlak olanların ailə üzvləri ilə şöbədə keçirilən görüşdən sonra deyib.

Mütəxəssislərin işi son mərhələdədir, ekspert rəyi avqustda dərc olunacaq.

Seçilən
93
13
Mənbələr
Şərh ()
Bağla