AZ

Aleksandr Maslyakovda xərçəng aşkarlandı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiyanın Əməkdar artisti, teleaparıcı Aleksandr Maslyakovun ağciyərində əməliyyatı mümkün olmayan şiş aşkarlanıb.Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, teleaparıcının səhhətində problemlər 2022-ci ildə koronavirusa yoluxduqdan sonra başlayıb. Hazırda o, həkim nəzarəti altındadır və müalicə olunur.Bu səbəbdən Maslyakov KVN-dən ayrılıb.Qeyd edək ki, A.Maslyakov son iki ildə Rusiyanın "Birinci Kanal"ında nadir hallarda çıxış edib. Həkimlər ona çəkilişdən imtina etməyi tövsiyə edib. O, 1964-cü ildən KVN televiziya proqramının daimi direktoru və aparıcısı kimi 2022-ci ilə qədər çalışıb./axsam.az

Seçilən
13
2
1

1Mənbələr

Şərh ()
Bağla