AZ

Aleksandr Maslyakovda xərçəng aşkarlandı

Rusiyanın Əməkdar artisti, teleaparıcı Aleksandr Maslyakovun ağciyərində əməliyyatı mümkün olmayan şiş aşkarlanıb.Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, teleaparıcının səhhətində problemlər 2022-ci ildə koronavirusa yoluxduqdan sonra başlayıb. Hazırda o, həkim nəzarəti altındadır və müalicə olunur.Bu səbəbdən Maslyakov KVN-dən ayrılıb.Qeyd edək ki, A.Maslyakov son iki ildə Rusiyanın "Birinci Kanal"ında nadir hallarda çıxış edib. Həkimlər ona çəkilişdən imtina etməyi tövsiyə edib. O, 1964-cü ildən KVN televiziya proqramının daimi direktoru və aparıcısı kimi 2022-ci ilə qədər çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2

1Mənbələr

Şərh ()
Bağla