AZ

İsrail ordusundan ŞOK ƏMƏLİYYAT - 20 km uzunluğunda tunellər MƏHV EDİLDİ

İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı daha bir neçə yeraltı tunel aşkar edərək məhv ediblər. Onların fikrincə, bu tunellərdən fələstinli radikallar istifadə ediblər.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ümumilikdə, ordu bu dəfə anklavın mərkəzi hissəsində 20 km-dən çox tuneli dağıdıb.

Mətbuat xidmətindən bildirilib ki, bu yeraltı kommunikasiyalar anklavın şimal və cənub hissələrini birləşdirib.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
2
Mənbələr
Şərh ()
Bağla