AZ

İsrail ordusundan ŞOK ƏMƏLİYYAT - 20 km uzunluğunda tunellər MƏHV EDİLDİ

İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı daha bir neçə yeraltı tunel aşkar edərək məhv ediblər. Onların fikrincə, bu tunellərdən fələstinli radikallar istifadə ediblər.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə İDF-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ümumilikdə, ordu bu dəfə anklavın mərkəzi hissəsində 20 km-dən çox tuneli dağıdıb.

Mətbuat xidmətindən bildirilib ki, bu yeraltı kommunikasiyalar anklavın şimal və cənub hissələrini birləşdirib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
Mənbələr
Şərh ()
Bağla