AZ

Yanvar-mart aylarında Türkiyənin Mersin limanı 2 mindən çox gəmi qəbul edib

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Mersin limanı 2 min 339 gəmi qəbul edib.

Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyd edilən müddət ərzində Mersin limanı Türkiyə bayrağı altında üzən 708, digər ölkələrin bayraqları altında üzən min 631 gəmi qəbul edib.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyə limanları 36 milyon 684 min 911 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 965 min 1 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən gəmilərlə yük daşınması 33 milyon 719 min 910 ton olub.

Bununla yanaşı, 2024-cü ilin mart ayında Türkiyə limanlarından 5 milyon 699 min 607 ton tranzit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 102 milyon 714 min 524 ton yük qəbul edib.

Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 7 milyon 704 min 473 ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 95 milyon 10 min 51 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarından 16 milyon 857 min 351 ton tranzit yük daşınıb.

2024-cü ilin mart ayında Türkiyə limanları 4 min 834 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 324, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 510 olub.

2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 13 min 718 gəmi qəbul edib.

"Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 9 min 372, Türkiyə bayrağı altında olan gəmilər isə 4 min 346 olub", - deyə nazirlikdən bildirilib.

Seçilən
104
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20838
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19281
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18239
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17621
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16668
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16451
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16071
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15427
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11914
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11255
"Zaur, yenə çaşdın..." - VİDEO
8840
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8760
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8061
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7984
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7450
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7124
Minimum əmək haqqı nə qədər arta bilər?
7067
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6291
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731