AZ

Yanvar-aprel aylarında İngiltərədən Türk limanlarına 2 milyon tondan çox yük daşınıb

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında İngiltərədən Türklimanlarına 2 milyon 489 min 939 ton yük daşınıb.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzəngəmilər İngiltərədən limanlara 19 min 556 ton, digər ölkələrinbayraqları altında üzən gəmilər isə 2 milyon 452 min 833 ton yükçatdırıb.

Bu müddət ərzində İngiltərə bayraqlı gəmilərlə Türkiyəlimanlarına 17 min 550 ton yük çatdırılıb. 2024-cü ilinyanvar-aprel aylarında Türkiyə limanlarına İngiltərədən 240 min 584ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 34milyon 395 min 89 ton yük qəbul edib.

Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxililimanlara yük qəbulu 2 milyon 367 min 713 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altındagəmilərlə yük daşınması 32 milyon 27 min 376 ton olub”, - deyənazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin aprel ayında Türkiyə limanlarından6 milyon 77 min 466 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-aprelaylarında Türkiyə limanları 137 milyon 168 min 261 ton yük qəbuledib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 10 milyon 72 min186 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərləisə Türkiyə limanlarına yükdaşımalar 127 milyon 96 min 75 tontəşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-aprel aylarındaTürkiyə limanlarından 22 milyon 938 min 589 ton transit yükdaşınıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 4 min756 gəmi qəbul edib

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrinbayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 329, Türkiyəbayrağı altında qəbul edilən gəmilərin sayı isə min 427 olub.

2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 18 min 477gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul ediləndigər ölkələrin bayraqları altında olan gəmilər 12 min 704, Türkiyəbayrağı altında olan gəmilər isə 5 min 773 olub”, - deyənazirlikdən bildirilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
32
az.trend.az

10Mənbələr