AZ

Ermənistanda hərbi xidmətə çağırış başlayır

Sıravi şəxsi heyətin müddətli həqiqi hərbi xidmətə və alternativ xidmətə yay çağırışı aprelin 29-dan iyulun 31-dək keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə qərar aprelin 25-də Ermənistan hökumətinin iclasında qəbul edilib.

Hərbi çağırış 18 yaşı tamam olan və ya əvvəllər xidmətdən möhlət hüququ 2024-cü il iyunun 30-dək başa çatan Ermənistan vətəndaşlarına şamil edilir.

Qərara görə, martın 1-dək könüllü olaraq hərbi xidmətə getmək üçün ərizə vermiş qadınlar da çağırılacaq./Axar.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
4
yenicag.az

3Mənbələr

Şərh ()
Bağla