AZ

Ermənistanda hərbi xidmətə çağırış başlayır

Sıravi şəxsi heyətin müddətli həqiqi hərbi xidmətə və alternativ xidmətə yay çağırışı aprelin 29-dan iyulun 31-dək keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə qərar aprelin 25-də Ermənistan hökumətinin iclasında qəbul edilib.

Hərbi çağırış 18 yaşı tamam olan və ya əvvəllər xidmətdən möhlət hüququ 2024-cü il iyunun 30-dək başa çatan Ermənistan vətəndaşlarına şamil edilir.

Qərara görə, martın 1-dək könüllü olaraq hərbi xidmətə getmək üçün ərizə vermiş qadınlar da çağırılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
4
Mənbələr
Şərh ()
Bağla