AZ

İranda məşhur reperə ölüm hökmü verildi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İran İnqilab Məhkəməsi məşhur iranlı reper Tumac Salehini 2022-2023-cü illərdə ölkədə keçirilən kütləvi etirazlara dəstək verməkdə ittiham edərək edam cəzasına məhkum edib.
 
Bu barədə "Şərq" qəzeti məlumat yayıb.
 
Tumac Salehi mahnılarında 2022-ci ildə İranda Mahsa Aminin ölümü ilə başlayan aylarla davam edən etirazları dəstəkləyib. Reper ilk olaraq 2022-ci ilin oktyabrında ümummilli etirazları dəstəkləmək üçün açıq bəyanatlar verdikdən sonra həbs edilib.
 
2023-cü ildə o, altı il üç ay həbs cəzasına məhkum edilsə də, Ali Məhkəmənin çıxardığı ölüm hökmündən yayınıb.
 
"İsfaqan İnqilab Məhkəməsinin (mərkəzi şəhərin - red.) birinci şöbəsi görünməmiş şəkildə Ali Məhkəmənin qərarını yerinə yetirmədi... və Salehi ən ağır cəzaya məhkum etdi", - reperin vəkili Əmir Rəisyan məlumat verib.
 
İranın məhkəmə sistemi hələ Salehinin hökmünü təsdiqləməyib. Məhkumun apellyasiya şikayəti vermək üçün 20 gün vaxtı var.
 
"Biz bu hökmdən mütləq apellyasiya şikayəti verəcəyik", - Raisyan bildirib.
Seçilən
57
18
1

1Mənbələr

Şərh ()
Bağla