AZ

İranda məşhur reperə ölüm cəzası kəsildi 

İran İslam İnqilabı Məhkəməsi ölkədə hökumət əleyhinə etirazları dəstəkləyən məşhur 33 yaşlı reper Tumac Salehi ölüm cəzasına məhkum edib.

Yenisabah.az Reuters-ə istinadən xəbər verir ki, musiqiçi ilk dəfə 2022-ci ilin oktyabrında etirazçılara açıq şəkildə dəstək verən, o cümlədən bu barədə mahnılar yazdıran zaman saxlanılıb. 

2023-cü ildə reper 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, İran Ali Məhkəməsinin edam hökmündən qaçıb. 

24 aprel 2024-cü ildə reperin vəkili Əmir Rəisyan İranın "Şərq" qəzetinə bildirib ki, İsfahan inqilab məhkəməsinin birinci şöbəsi Ali Məhkəmənin qərarına baxmayaraq, reperi ölüm cəzasına məhkum edib. O, hələ qanuni qüvvəyə minməmiş hökmdən mütləq apellyasiya şikayəti verəcəyini vəd edib. 

İranda kütləvi etirazlar və iğtişaşlar 2022-ci ilin sentyabrında əxlaq polisi tərəfindən hicabın “düzgün” geyinilməsinə görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb. Tələbə həbs olunduqdan az sonra dünyasını dəyişib. Hüquq müdafiəçilərinin sözlərinə görə, o, polis bölməsinə aparılarkən ağır kəllə-beyin travması alıb. Səlahiyyətlilər ölümün səbəbinin infarkt olduğunu bildirib. Etirazlar bir neçə ay davam etdi, qarşıdurmalarda yüzlərlə insan həlak olub. Bir çox etirazçı həbs olunub  və edam edilib. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
18
yenisabah.az

10Mənbələr