AZ

BDU-da Karyera Festivalı keçiriləcək

Bakı Dövlət Universitetində (BDU) Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyilə aprelin 30-dan mayın 1-dək Karyera Festivalı keçiriləcək.

BDU-dan 525.az-a bildirilib ki, festivalın keçirilməsində məqsəd tələbə və məzunların əmək bazarına çıxışını asanlaşdırmaq, işəgötürənlərlə əlaqələrin qurulmasını təmin etməkdir.

Festivalın ilk günü ölkəmizin 100-dən artıq nüfuzlu şirkətinin iştirakı ilə Karyera Sərgisi təşkil olunacaq. Tədbirin ikinci günü isə müxtəlif mövzularda “vörkshop” və panel müzakirələr keçiriləcək.

Tədbirə gələnlər özləri ilə CV-lərini götürməlidirlər. CV-si olmayan şəxslər BDU-nun Karyera və məzunlarla əlaqə sektoruna müraciət edə bilərlər.

Festivalda iştirak üçün aprelin 29-dək qeydiyyatdan keçmək lazımdır.

Sevinc Qarayeva 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
23
Mənbələr
Şərh ()
Bağla