AZ

Kreml NATO-ya xəbərdarlıq edib: NATO-Rusiya müharibəsi BAŞLAYIR? - ŞƏRH

Kreml NATO-ya xəbərdarlıq edib: NATO-Rusiya müharibəsi BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlərə yaxından diqqət yetirsək, NATO və Rusiya arasında hərbi əməliyyatlar başlaya bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Məhəmməd Əsədullayev bildirib ki, Rusiya - Ukrayna arasında davam edən müharibə NATO-Rusiya qarşıdurmasının yeni mərhələyə keçməsini tətikləyir:

"Xüsusilə NATO-nun qərbi Polşada nüvə başlıqları və digər qırıcı təyyarələri yerləşdirməsi Rusiyanı ciddi şəkildə narahat edir. Bu da NATO-Rusiya qarşıdurmasının yeni müstəviyə çıxması deməkdir. Ümumi götürdükdə isə NATO və Rusiyada birbaşa qarşıdurmadan çəkinir. Çünki bu birbaşa dünya müharibəsinin başlaması demək olar. Ukrayna Rusiya arasında davam edən müharibəni NATO-Rusiya arasında gedən qarşıdurma kimi xarakterizə etmək olar. Burada müharibənin adı Ukrayna, silahlar isə NATO-dur. Amma birbaşa döyüşdə nə Rusiya, nə NATO. Çünki bu addım nüvə müharibəsinə gətirib çıxara bilər. Bu da bəşəriyyəti narahat edən əsas faktordur. Düşünürəm ki, bu şərqi Avropada NATO-nun öz nüvə başlıqlarını və təyyarələrini yerləşdirməsi gərginliyi artıracaq. Rusiya bunun əvəzini Ukraynaya qarşı geniş lmiqyaslı, dağıdıcı əməliyyatlar ilə cavab verəcək".

Qeyd edək ki, Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bir neçə gün əvvəl alyansın bloka üzv olan ölkələrin vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrə əl atmağa hazır olduğunu açıqlamışdı.

Seçilən
64
50
Mənbələr
Şərh ()
Bağla