AZ

Husilərin 4 PUA-sı vurulub

Beynəlxalq koalisiya qüvvələri Yəmənin Ənsar Allah hərəkatının husi üsyançılarının Ədən körfəzində atdığı gəmi əleyhinə ballistik raketi vurub.
Bu barədə çərşənbə günü ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Komandanlığın X sosial şəbəkəsindəki səhifəsində yayımlanan bəyanatda deyilir: “Koalisiya gəmisi Yəməndə husi terrorçularının nəzarətində olan ərazilərdən atılan bir gəmi əleyhinə ballistik raketi uğurla vurub” Raketin çox güman ki, MV Yorktown hədəf alındığı bildirilir. CENTCOM-un verdiyi məlumata görə, ABŞ və koalisiyaya məxsus hərbi və ticarət gəmilərinə zərər dəyməyib.
ABŞ Mərkəzi Komandanlığı həmçinin Yəmənin husilərin nəzarətində olan ərazilər üzərində 4 pilotsuz uçuş aparatını məhv edib”, - məlumatda deyilir.
Cavid

Seçilən
79
22
Mənbələr
Şərh ()
Bağla