AZ

ABŞ Qırmızı dəniz üzərində husilərin dronunu vurub

ABŞ Silahlı Qüvvələri Qırmızı dəniz üzərində "Ansar Allah" hərəkatının husi üsyançılarının pilotsuz təyyarəsini zərərsizləşdirib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edilir ki, ABŞ-nin hərbi qüvvələri İranın dəstəklədiyi husi silahlılarının Qırmızı dəniz üzərində pilotsuz uçuş aparatını vurub.

Komandanlıq pilotsuz təyyarənin ABŞ hərbi gəmiləri və bölgədəki ticarət gəmiləri üçün təhlükə yaratdığını iddia edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
5
milli.az

10Mənbələr