ABŞ Silahlı Qüvvələri Qırmızı dəniz üzərində "Ansar Allah" hərəkatının husi üsyançılarının pilotsuz təyyarəsini zərərsizləşdirib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd edilir ki, ABŞ-nin hərbi qüvvələri İranın dəstəklədiyi husi silahlılarının Qırmızı dəniz üzərində pilotsuz uçuş aparatını vurub.
Komandanlıq pilotsuz təyyarənin ABŞ hərbi gəmiləri və bölgədəki ticarət gəmiləri üçün təhlükə yaratdığını iddia edib.